"200 milyona Osimhenin bir ayağını ala bilərsiniz"

"200 milyona Osimhenin bir ayağını ala bilərsiniz"

"Əl-Hilal"ın Viktor Osimheni "Napoli"dən alıb Səudiyyə Ərəbistanına aparmaq arzusu "suya düşüb". 

Fanat.Az xəbər verir ki, Neapol təmsilçisi ərəblərin transfer təklifini sərt formada geri çevirib.

Hər halda, "Sport Mediaset"in dərc etdiyi "Napoli" və "Əl-Hilal" nümayəndələri arasında yazışmalar belə deməyə əsas verir.

İtaliya çempionunun nümayəndəsi klubun yekun mövqeyini qarşı tərəfə belə çatdırıb: “Klubumuzun prezidenti Aurelio De Laurentis 200 milyon avroya Osimhenin yalnız bir ayağını ala biləcəyinizi bildirir. Gələcəkdə ən azı 500 milyon təklif etsəniz, düşünməyə başlaya bilərik".

Qeyd edək ki, "Əl-Hilal" Osimhenə görə "Napoli"yə 200 milyon avro ödəməyə hazır olduğunu açıqlamışdı.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər