Portuqaliyada 2020/2021 mövsümünün qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, ölkə çempionatının XXXII turunun matçında "Sportinq" "Boavişta"nı 1:0 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra xal sayı 82-yə çatan "Sportinq” ən yaxın izləyicisi "Portu”nu 8 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib.
Qeyd edək ki, bu, "Sportinq”in Portuqaliya çempionatında 19-cu çempionluğudur. Klub bu titulu sonuncu dəfə 2001/2002 mövsümündə qazanıb.
Fanat.Az