18 yaşlı qızı zorlayan qapıçı həbs olundu

18 yaşlı qızı zorlayan qapıçı həbs olundu
Fransanın "Nansi" klubunun qapıçısı Baptiste Valette həbs edilib.
Fanat.Az AFP-yə istinadən xəbər verir ki, qolkiper 18 yaşlı qızın zorlanmasında şübhəli bilinir.
2001-ci il təvəllüdlü qız gecə klublarından birində cinsi zorakılığa məruz qalması iddiası ilə hüquq-mühafizə orqanlarına şikayət edib. Onun iddiasına görə, hadisə dekabrın 14-dən 15-ə keçən gecə baş verib.
Futbolçu həmin gün polis bölməsinə aparılıb. Baptiste Valette sərxoş olduğundan dindirilmə başqa vaxta keçirilib. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər