Fransanın "Anje" klubunun 17 yaşlı hücumçusu Məhəmməd-Əli Ço Avropa nəhənglərinin transfer hədəfinə çevrilib.
Fanat.Az xəbər verir ki, informasiyanı "L’Equipe" yayıb.
"Çelsi" və "Atletiko Madrid"in hələ yaydan izlədiyi gənc forvardla "Milan" da yaxından maraqlanır. İtaliya təmsilçisi Məhəmməd-Əlinin nəyə qadir olduğunu daha yaxşı öyrənmək üçün Fransaya skaut göndərib.
"Anje"nin çətin maliyyə vəziyyəti üzündən Fransanın U-21 millisinin də formasını geyinən Çonu satacağı gözlənilir.
"Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 10 milyon avro ilə dəyərləndirir.
Nihat