"Bavariya"nın qolkiperi Manuel Noyer yaşının artmasına baxmayaraq, özünə olan inamını itirmədiyini bildirib.
Fanat.Az xəbər verir ki, 34 yaşlı qapıçı "11 Freunde" jurnalına müsahibəsində hələ də öz mövqeyində ən yaxşı olduğunu və rəqabətdən çəkinmədiyini qeyd edib:
"Hansı məşqçi əlindəki ən yaxşı oyunçuları heyətə daxil etməz? 17 yaşım olmasa da, ən yaxşı olduğumdan əminəm. Həm "Bavariya"da, həm də Almaniya millisində "bir nömrə" olmaq uğrunda həmişə mübarizə gedir. Bu mənada yeni qolkiperin komandaya qoşulması mənim üçün elə də fərq etmir".
Noyer 2011-ci ildən Münhen klubunun qapısını qoruyur.
Fanat.Az