17 oyunun nəticəsini tapdı, 2 milyon dollar qazandı - FOTO

17 oyunun nəticəsini tapdı, 2 milyon dollar qazandı - FOTO

Kenyada Samuel Abisai adlı təxminçi 17 matçın nəticəsini düzgün təxmin edib. 

Fanat.Az xəbər verir ki, 28 yaşlı şəxs buradan 2 milyon dollar qazanıb. 

Mərc şirkətinin nümayəndəsi mükafatı sahibinə təqdim etmək üçün Thika şəhərinə gedib.

Çin şirkətində çalışan və bir qız övladı olan Samuel Abisai bundan sonra mərc oyunları oynamayacağını deyib. İşdən ayrılıb-ayrılmayacağına hələ qərar verməyən şəxs, yaşadığı bölgənin futbol komandasına da maddi yardım göstərəcəyini açıqlayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər