154-cü iştirakçı

154-cü iştirakçı

Azərbaycan Kubokunun 1/8 final mərhələsi daha bir klubun turnirdə debütü ilə əlamətdar olub.

Fanat.Az xəbər verir ki, “Mingəçevir” tarixində ilk dəfə kubok matçında meydana çıxıb.

“Zirə”ni qəbul edən bölgə təmsilçisi bu qarşılaşmada 0:2 hesabı ilə uduzub. Mingəçevirin eyniadlı klubu ölkə kubokunun 30 illik tarixinə bu yarışda iştirak edən 154-cü komanda kimi düşüb.

Cari mövsümədək 153 klub kubokda qüvvəsini sınayıb. Yalnız “Neftçi” 31 mövsüm bu turnirdə mübarizə aparıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər