Zubir 100-ə çatdı

Zubir 100-ə çatdı
Abdullah Zubir "Qarabağ”ın heyətində 100-cü oyununu keçirib.
 
Fanat.Az xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının XVI turuna təsadüf edib.
 
"Sumqayıt”la səfər oyununadək (0:0) fransalı yarımmüdafiəçi 99 matçda şans qazanmışdı. 100-cü dəfə meydana çıxan futbolçunun aktivində 19 qol var. Zubir ölkə çempionatında 56 (14 qol), kubokda 8, avrokuboklarda 36 (5 qol) oyunda iştirak edib.
Qeyd edək ki, Zubir "Qarabağ”ın heyətində ilk oyununu 2018/19 mövsümündə keçirib. Onun debütü 2018-ci il iyulun 11-də Çempionlar Liqasının "Olimpiya” ilə Sloveniyadakı matçında (1:0) reallaşıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər