Zlatko Daliç: "Əsas odur ki, 3 xal bizim oldu"

Zlatko Daliç: "Əsas odur ki, 3 xal bizim oldu"

"Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Əsas odur ki, 3 xal bizim oldu. Azarkeşlərə dəstəklərinə görə minnətdaram. Seçmə mərhələnin əvvəlində vacib qələbə qazandıq. İndi bizi Macarıstanla çətin səfər oyunu gözləyir”.

 

Fanat.Az-ın məlumatına görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç Azərbaycan millisinə 2:1 hesabı ilə qalib gəldikləri AVRO-2020-nin seçmə qrup oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

 

O, daha sonra əlavə edib: "Oyundan əvvəl də deyirdik ki, Azərbaycanı dəyərləndirməmək olmaz. Layiqli müqavimət göstərdilər. Müdafiədə fərqli futbolçulara şans verdik. Birinci hissənin sonlarında bərabərlik qolunu vurmağımız yerinə düşdü". 

 

 

 

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər