"Milan”ın ulduz futbolçusu Zlatan İbrahimoviç sıradan çıxıb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı hücumçu A Seriyasının 35-ci turunda "Yuventus”la matda (3:0) zədələnib.
Klubun baş məşqçisi Stefano Pioli "Sky Sports"a açıqlamasında bildirib ki, İbrahimoviç komandasının A Seriyasında "Torino” və "Kalyari” ilə oyunlarını buraxacaq.
Qeyd edək ki, "Torino” ilə oyun bu gün saat 22:45-də keçiriləcək.
Fanat.Az