Zlatan İbrahimoviç: siqaramın dumanı sən... - FOTO

Zlatan İbrahimoviç: siqaramın dumanı sən... - FOTO

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç komandasının İtaliya A Seriyasında çempionluğu qeyri-adi şəkildə qeyd edib.

Fanat.Az xəbər verir ki, isveçli ulduz bu zaman siqar çəkib.

Zlatan İbrahimoviç: siqaramın dumanı sən... - FOTO  

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by TyC Sports (@tycsports)

Daha əvvəl İbrahimoviç İtaliya çempionatındakı qələbəni Mino Rayolaya həsr etdiyini bildirmişdi. Mino Raiola 30 aprel 2022-ci ildə 55 yaşında vəfat edib. O, uzun müddət isveçli futbolçunun agenti olub.

 

Xatırladaq ki, mövsümün həlledici matçında Milan klubu səfərdə "Sassuolo"dan üstün olub (3:0). “Milan” 2011-ci ildən bəri ilk dəfə İtaliya çempionu olub. 

Yeri gəlmişkən, bu müddət ərzində 3 komanda dəyişməyi bacaran 40 yaşlı İbrahimoviç də 11 il əvvəl A Seriyasının qızılını alan "Milan"ın tərkibində olub.

İbrahimoviç bu mövsüm A Seriyasında 23 oyunda 8 qol vurub və 3 məhsuldar ötürmə edib. Zlatanın "Milan"la müqaviləsi mövsümün sonunda başa çatır.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər