Zinəddin Zidan cərimələnə bilər

Zinəddin Zidan cərimələnə bilər
"Real"ın baş məşqçisi Zinəddin Zidan özünütəcrid qaydalarını pozub.
 
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis paytaxtdan aralıdakı kənd evində görünüb.
Madriddə yaşayanların paytaxtdan çıxması koronavirus pandemiyasına görə qadağandı. Əlcəzair əsilli fransalı buna görə 1 450 avro cərimələnə bilər.
 
"Real" mayın 18-dən öz bazasında məşqlərə start verib. İspaniya çempionatı iyunda başlamalıdı.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər