Zidanın oğlu Bekhemin klubuna keçə bilər

Zidanın oğlu Bekhemin klubuna keçə bilər
"Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidana ABŞ-ın "İnter Mayami” klubuna keçə bilər. 
 
Fanat.Az xəbər verir ki, 26 yaşlı futbolçu hazırda klubun düşərgəsində baxışdadır.
 
Futbolçu ilə bağlı qərar məşqçilər korpusunun rəyindən sonra veriləcək.
 
Qeyd edək ki, "İnter Mayami” klubunun sahibi və prezidenti İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemdir.
 
Xatırladaq ki, Enzo, 2012-2017-ci illər aralığında "Real”da çıxış edib. Sonradan İspaniyanın "Almeriya” klubunda oynayan yarımmüdafiəçi ötən ilin oktyabrından azad agentdir.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər