Üzgüçülərimiz beynəlxalq turnirə qatılacaq

Üzgüçülərimiz beynəlxalq turnirə qatılacaq

Azərbaycanın yeniyetmə və gənc üzgüçüləri beynəlxalq turnirdə iştirak edəcəklər.

Üzgüçülük Federasiyasından Fanat.Az-a verilən məlumata görə, baş məşqçi Rəşad Əbdürrəhmanov bu gün Macarıstanın Şopron şəhərində start götürəcək yarışda 18 idmançıya şans verəcək.

Turnirdə Azərbaycanla yanaşı Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya təmsilçiləri də mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış aprelin 16-da başa çatacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər