Zeynalov Avropa üçüncüsü oldu

Zeynalov Avropa üçüncüsü oldu

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Niderlandın Rotterdam şəhərində keçirilən Avropa paralimpiya çempionatında bürünc medal qazanıb.

Fanat.Az xəbər veri rki, 58 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada qalib gələrək fəxri kürsüyə qalxıb.

Daha əvvəl Azərbaycan paracüdoçuları qitə birinciliyini 7 medalla başa vurublar. Şəhanə Hacıyeva (48 kq) və Xanım Hüseynova (70 kq) Avropa çempionu olublar, İlham Zəkiyev (+90 kq), Dürsədəf Kərimova (+70 kq) və Namiq Abaslı (73 kq) gümüş, İsmayıl Muradov (60 kq) və Xatirə İsmiyeva (+70 kq) isə bürünc medal qazanıblar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər