"Zenit"ə çağırsalar, ilk təyyarə reysi ilə gedərəm" - Fatih Tekkedən etiraf

"Zenit"ə çağırsalar, ilk təyyarə reysi ilə gedərəm" - Fatih Tekkedən etiraf

"Alanyaspor"un baş məşqçisi Fatih Tekke "Zenit"dən təklif gözlədiyini və bu baş verəcəyi halda, ilk təyyarə reysi ilə Rusiyaya uçmağa hazır olduğunu etiraf edib.

Fanat.Az xəbər verir ki, "RB Sport" onun dediklərini belə çatdırıb:

"Zenit" mənə təklif göndərsə, komandada məşqçi qismində çalışmağımı istəsə, razılaşaram. Onların təklifini gözləyirəm. Çağırsalar, ilk təyyarə reysi ilə gedərəm".

Xatırladaq ki, Tekke 2006-2009-cu illər aralığında "Zenit"in formasını geyinib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər