Rusiyanın "Zenit" klubu İsrailin gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Oskar Qloxın transferi ilə bağlı yeni təklif hazırlayıb.
Fanat.Az “Sport 5”-ə istinadən xəbər verir ki, Sankt-Peterburq klubu Tel-Əviv “Makkabi”sinin 18 yaşlı yarımmüdafiəçisi üçün 5 milyon avro ödəməyə hazırdır.
"Zenit" bundan əvvəl futbolçu üçün 4 milyon təklif edib. Eyni zamanda “Makkabi” 6 milyon istəyib. Futbolçunun gələcək satışlarının bir faizi müqabilində transfer məbləğinin mümkün azaldılması variantı da müzakirə olunub. Ancaq "Makkabi" Qloxun transferindən mümkün qədər çox qazanmaq istəyir.
Bu il yarımmüdafiəçi İsrailin U-21 millisində debüt edərək AÇ-nin seçmə mərhələsində 2 oyun keçirib.
Mirağa