Zədə Almaniya yığmasının üzvünü mundialsız qoyacaq?

Zədə Almaniya yığmasının üzvünü mundialsız qoyacaq?

"Liverpul”un türk yarımmüdafiəçisi Əmrə Canın sağlıq durumuna aydınlıq gəlib.

 

Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqasının XXXI turunun "Uotford”la oyununda (5:0) zədələnən Emre üçün mövsüm vaxtından əvvəl başa çata bilər. Belində ağrılar olar 24 yaşlı futbolçunun bərpası 2 aya yaxın vaxt aparacaq. Bu isə o deməkdir ki, Almaniya millisinin üzvü Rusiyada keçiriləcək dünya çempionatına yollanmaq şansı azdı.

 

 

Əmrə Canın bu mövsüm çıxdığı 37 oyuna 6 qol vurduğunu da diqqətinizə çatdıraq.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər