“Səfərdə 3:0 hesablı qələbə qazanmağımıza baxmayaraq, narahat idim. Çünki rəqib yaxşı komanda idi”. Fanat.Az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.
Avropa Liqasının I təsnifat mərhələsində Serbiyada “Mladost”un qapısından 3 cavabsız top keçirən bakılılar “Dalğa Arena”da baş tutan cavab matçında rahat qələbə qazanaraq (2:0) yollarına davam ediblər.
Görüşdən sonra düzənlənən mətbuat konfransında gürcü mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Mladost” çox yaxşı komandadı. 6 ildi burdayam. Güclü komanda ilə qarşılaşdıq. Ardıcıl 3 ildi çətinliklərlə üzləşirik. Buna baxmayaraq, uşaqlar yaxşı oyunla həmişə vəziyyətdən çıxıblar. Növbəti mərhələyə adladıq. Hamısına təşəkkürümü bildirirəm”.
Fanat.Az