Zaur Hacıbabayev qələbə ilə qayıtdı

Zaur Hacıbabayev qələbə ilə qayıtdı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qarışıq təkbətək döyüş növləri üzrə MMA Qlobal silsiləsindən qran-pri keçirilib. 

Fanat.Az xəbər verir ki, Azərbaycanı mötəbər yarışda dünya və Avropa çempionu Zaur Hacıbabayev təmsil edib.

Zədə ilə bağlı uzun müddət idmandan kənarda qalan Hacıbabayev misirli döyüşçü Əhməd Əl-Tayeblə üz-üzə gəlib. 

Gərgin anlarla yadda qalan görüş Zaur Hacıbabayevin erkən qələbəsi ilə başa çatıb.

Azərbaycan təmsilçisi həvəskar karyerasında dünya və Avropa çempionatlarında qızıl medal qazanıb. Bu onun peşəkar idmanda 13-cü qələbəsi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər