Zabit Səmədovun revanş döyüşünə həsr olunan - VİDEOÇARX

Zabit Səmədovun revanş döyüşünə həsr olunan - VİDEOÇARX

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun polşalı Pol Slovinski ilə revanş döyüşünə həsr olunnan videoçarx hazırlanıb.

"Report"un məlumatına görə, Çeçenistanın paytaxtı Qroznıdakı "Kolizey" idman zalında dekabrın 26-da keçiriləcək döyüşlə bağlı videoçarx "Facebook" şəbəkəsində də yerləşdirilib.

"Mauqli" və "Jalo" ləqəbli idmançıların qarşılaşması "Akhmat Fight Show" turniri çərçivəsində baş tutacaq.

Qeyd edək ki, Zabit Səmədov və Pol Slovinskinin 2007-ci ildə Hollandiyada keçirilmiş ilk döyüşündə azərbaycanlı K-1 ustası məğlub olub.

Zabit Səmədovun revanş döyüşünə həsr olunan - VİDEOÇARX

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər