Yürgen Klinsman Mourinyunun postunu tutacaq? - ÖZÜ DEDİ

Yürgen Klinsman Mourinyunun postunu tutacaq? - ÖZÜ DEDİ
Almaniya yığmasının sabiq forvardı Yürgen Klinsman 1994-1995-ci illərdə formasını geyindiyi "Tottenhem"in baş məşqçisi postuna mümkün təyinatına münasibət bildirib.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, keçmiş hücumçu belə danışıb:
"Həyatda hər şey mümkündü. Heç vaxt dübya çempionatına Almaniya yığmasını çalışdırıcısı qismində qatılacağım barədə fikirləşməmişdim. Heç 6 il ABŞ yığmasının və "Bavariya"nın baş məşqçisi olacağımı da əvvəldən bilmirdim. İki aydan sonra "Tottenhem"in çalışdırıcısı olub-olmayacağım bilinəcək".
Aprelin 19-da "Tottenhem" Joze Mourinyunun baş məşqçi postundan getdiyini açıqlayıb. Komandanın "sükan"ı müvəqqəti olaraq Rayan Meysona tapşırılıb. Onun rəhbərliyi altında Hotspur təmsilçisi Premyer Liqa matçında "Sauthempton"u 2:1 hesabıyla yenib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər