"Qarabağ”dan ayrılandan sonra klubsuz qalan Elvin Yunuszadə Albaniya çempionatına yollanmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, o, "Flamurtari”nin təklifini çempionatın səviyyəsi və maddi şərtlər qane etmədiyinə görə geri çevirib.
Qeyd edək ki, "Flamurtari” Albaniyanın elitasında 2-ci pillədə qərarlaşıb.
Fanat.Az