"Səbail”dən ayrılan müdafiəçi Elvin Yunuszadənin müsahibəsi:
- "Səbail”dən ayrılmağına səbəb nə idi? Klub səni göndərdi, yoxsa vəziyyətin yaxşı olmaması səni ayrılmağa vadar etdi? - Son vaxtlar ayağımda ağrılar var idi. 1-2 oyunda bu səbəbdən meydana çıxmadım. Oturduq klubla danışdıq və razılaşdıq. Qarşılıqlı razılıq əsasında müqaviləni pozduq. Ayrıldım və ümid edirəm ki, hər iki tərəf üçün xeyirli olar.
- Maddi problemlər bu məsələdə rol oynadı? - Bu barədə danışmaq istəmirəm. Belə məsələlər daxildə qalmalıdı. Ümid edirəm ki, qərar hər iki tərəf üçün də xeyirli olacaq.
- Təklif varmı? - Hələ ki, bu barədə bir məlumat yoxdu. Bir şey olsa, sizə danışacam.
- Son zamanlar "Səbail”də intizam qaydalarını pozduğun üçün əsas heyətdən kənarlaşdırıldığın barədə xəbərlər var idi. Bu xəbərlər nə dərəcədə doğrudu? - Yox, belə bir hadisə baş verməyib. Hər şey qaydasında olub. Heç bir problem olmayıb.
Mənbə: futbolinfo.az