Yunis Hüseynov nə vaxt debüt edəcək?

Yunis Hüseynov nə vaxt debüt edəcək?
Topaz Premyer Liqasında XIII turun oyun cədvəli açıqlanıb. Fanat.Az xəbər verir ki, həftəsonu keçiriləcək tur iki gün davam edəcək.
 
Yunis Hüseynovun Gəncə klubundakı debütü ilə əlamətdar olacaq "Kəpəz” – "Qəbələ” matçı ilə tura start veriləcək. Noyabrın 25-dəki matç saat 14:30-da başlayacaq.
 
Tura liderlər "Qarabağ”la "Zirə” arasında qarşılaşma ilə yekun vurulacaq. Zirədəki matç noyabrın 26-da saat 18:00-da başlayacaq.
 
Qeyd edək ki, turun bütün matçları "CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. 
 
25 noyabr
14:30. "Kəpəz” – "Qəbələ”
Gəncə şəhər stadionu
17:00. "Neftçi” – "Keşlə”
8-ci km qəsəbə stadionu
26 noyabr
16:00. "Sumqayıt” – "Səbail”
Sumqayıt şəhər stadionu
18:00. "Zirə” – "Qarabağ”
Zirə İdman Kompleksinin stadionu
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər