Yunanov danışdı: "Şərtlər qane etmədi"

Yunanov danışdı: "Şərtlər qane etmədi"

"Dünən rəhbərliklə görüşdük. Birillik müqavilə təklif etdilər, razılaşmadım”.

 

Bu sözləri Fanat.Az-a açıqlamasında "Sumqayıt”dan ayrılan Amil Yunanov deyib. Milli üzvü maliyyə şərtlərinin onu razı salmadığını söyləyib: "Şərtlər məni qane etmədi. Getməyə qərar verdim. Əlbəttə ki, asan deyildi. Bu klubda 3 il oynamışam. Amma bu addımın daha düzgün olacağını düşündüm”.

 

Yunanov başqa Azərbaycan klubundan təklif almadığını bildirib: "Yerli klublardan konkret təklif almamışam. Alınsa, ilk növbədə ölkə xaricinə çıxmağa çalışacam. Hazırda daha çox millinin oyunları haqda düşünürəm. Sonrasına baxarıq”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər