Yoahim Lövü kim əvəzləyəcək?

Yoahim Lövü kim əvəzləyəcək?
Millətlər Liqasının son turunda İspaniyaya 0:6 hesabıyla uduzan Almaniya millisində baş məşqçi dəyişikliyi əsas söhbət mövzusudur.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, Yoahim Lövü sabiq köməkçisi - "Bavariya"nın hazırkı çalışdırıcısı Hans-Diter Flik əvəzləyə bilər.
Artıq futbol başbilənləri Münhen klubu ilə olan müqaviləsinin müddəti 2023-cü ildə bitəcək Fliki "Bavariya"dan "qoparmağın" yollarını axtarır. 
Qeyd edək ki, 0:6 hesablı darmadağın üzündən almanlar UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksəlmək şansını itirib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər