Yığmamızın oyunlarının stadionu dəyişdirildi

Yığmamızın oyunlarının stadionu dəyişdirildi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələ oyunlarının stadionu dəyişdirilib.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-21-in oktyabrın 12-də Şimali İrlandiya, 17-də isə Lüksemburqla ev matçı öncədən nəzərdə tutulduğu kimi “Dalğa Arena”da baş tutmayacaq.

Qərara əsasən, Samir Əliyevin kollektivi rəqiblərini “Azərsun Arena”da qəbul edəcək. Hər iki görüş saat 18:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər