Yığmamız Polşaya da "quru hesab"la yenildi

Yığmamız Polşaya da "quru hesab"la yenildi

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda son oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, milli İtaliyada keçirilən oyunda Polşa yığması ilə qarşılaşıb. Təmsilçimiz bu dəfə də qol vurmadan uduzub.

Azərbaycan millisi seçmə mərhələdə daha əvvəl keçirdiyi iki oyunda da uduzmuşdu. Yığma İtaliyaya 0:9, Norveçə isə 0:7 hesabıyla məğlub olmuşdu. Bu nəticələrdən sonra komandamız seçmə mərhələni qrup sonuncusu kimi başa vurub.

AÇ-2022-nin seçmə mərhələsi 7-ci qrup 26 oktyabr

Azərbaycan – Polşa 0:2 Qollar: Kinqa Bişçad, 50. Katya Skupien, 90+1. Baş hakim: Luiza Tompson.

Xal durumu: İtaliya – 7, Norveç – 7, Polşa – 3, Azərbaycan – 0.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər