Quardiola anasının ölümündən danışdı: "Yaşadıqlarım başqalarınkından fərqlənmir"

Quardiola anasının ölümündən danışdı: "Yaşadıqlarım başqalarınkından fərqlənmir"
"Mançester Siti"nin baş məşqçisi Pep Quardiolanın anası Dolores Sala Karrio aprel ayında koronavirusdan dünyasını dəyişmişdi.
Fanat.Az "BBC Sport"a istinadən xəbər verir ki, Quardiola "Arsenal"la oyun ərəfəsində keçirilən mətbuat konfransında, anasının ölümündən sonrakı period haqqında danışıb:
"Yaşadıqlarım başqalarının yaşadıqlarına bənzəyir. Arada elə də böyük bir fərq yoxdu.
Koronavirusa görə itirdiyimiz insanların hamısı öz ailələri üçün dəyərli idilər. Odur ki, çətin perioddan keçirik. Amma ailələr belə anlarda birlik və güclü olmaq üçün var".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər