Afrika Millətlər Kubokunun yarımfinal oyununda gərginlik yaranıb. Fanat.az хəbər verir ki, buna azarkeşlər səbəb olub.
Belə ki, Qananın matçın gedişində 3:0 hesabı ilə önə keçməsi Ekvatorial Qvineya azarkeşlərini coşdurub. Meydana kənar əşyalar atan fanatlar qonaq azarkeşlərə də hücum çəkib. Polis hadisəyə müdafilə etsə də aranı sakitləşdirmək bir xeyli vaxt aparıb. Hakim isə ixtişaş yaranan vaxt - matçın 83-cü dəqiqəsində oyunu dayandırıb. Ara sakitləşəndən sonra qalan 7 dəqiqə oynanılıb.
Oyun Qananın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, finalda Kot`D-İvuarın rəqibi Qana olacaq. Afrikanın ən güclüsünün kimliyinə fevralın 8-də aydınlıq gələcək. Bu matçdan bir gün öncə isə Konqo DR meydan sahibləri Ekvatorial Qvineya ilə üçüncü yerin taleyinə aydınlıq gətirəcək.
Fanat.az