Misli Premyer Liqasının 35-ci turu çərçivəsində "Səbail" evdə "Neftçi"lə qarşılaşıb. Görüş "dənizçilər"in 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçın ardından ev sahibi komandanın yarımmüdafiəçisi Pedro Nuno Fanat.Az-a müsahibə verib.
- Oyun haqda fikirləriniz necədir? - Ağır oyun oldu. Yaratdığımız imkanlardan faydalana bilmədik. Əksinə, onlar az sayda qol epizodlarından yaxşı istifadə etdilər.
- Məğlubiyyətin əsas səbəbini nədə görürsünüz? - Xüsusi bir səbəb yoxdur. Biz əlimizə düşən imkanlardan istifadə etmədik. Onlarınkından daha çox qol epizodumuz var idi. Lakin qol vura bilmədik. Onlar bizim xırda səhvlərimizdən istifadə edib qollar vurdular.
- Oyun epizodunda zədə aldınız. Hazırda özünüzü necə hiss edirsiniz? - Bu, oyunun bir hissəsidir. Belə şeylər bəzən ola bilər. Ciddi bir şey yoxdur.
- Növbəti oyun "Zirə"yə qarışdır. Bu matç haqqında fikirləriniz nədir ? - Çətin oyun olacaq. "Zirə" yaxşı komandadır. "Zirə"nin avrokuboklar uğrunda mübarizəsi bitməyib. Biz də çalışacağıq ki, mövsümü yaxşı oyunla başa vuraq.
Nahid Ustaclı