Yaponiya millisinin kapitanı ABŞ klubuna keçdi

Yaponiya millisinin kapitanı ABŞ klubuna keçdi

“Şalke”nin sabiq müdafiəçisi Maya Yoşida karyerasını ABŞ klubunda davam etdirəcək.

Fanat.Az xəbər verir ki, “Los Anceles Qalaksi” 34 yaşlı yaponu heyətinə qatıb.

Yoşida karyerası ərzində İtaliyanın “Sampdoriya”, İngiltərənin “Sauthempton” kimi klublarında da top qovub.

O, 2010-2022-ci illər aralığında Yaponiya milli komandasının da formasını geyinib. Arxa xətt oyunçusu DÇ-2022-də “samuraylar”ın kapitanı olub. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər