Polşa millisinin və "Bayern Münhen"in hücumçusu Robert Levandovski (Robert Lewandowski) "Qızıl top" barədə danışıb.
Fanat.Az "Sport Bild" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu bunları söyləyib:
"Qızıl Top" haqqında o qədər də düşünmürəm. Mediadakı spekulyasiya və sızmalara diqqət yetirə bilmirəm. Yalan məlumatlarla pul qazanmağa çalışırlar. Mən futbolçu olaraq inkişafıma diqqət yetirməyə üstünlük verirəm.
Ola bilsin ki, mərasimin tarixi yaxınlaşdıqca haqqında düşünərəm. Amma hələ noyabr ayının əvvəlidir, hələ vaxt var. "Qızıl top" böyük mükafatdır, amma bu barədə düşünməməliyəm, çünki mərasimdən əvvəl və sonra üçün çox işim var".
Xatırladaq ki, "Qızıl Top"un təqdimetmə mərasimi noyabrın 29-u Parisadə keçiriləcək.
Emin