"Yalan liftlə qalxır, həqiqət pilləkənlə"

"Yalan liftlə qalxır, həqiqət pilləkənlə"

"Barselona"nın müdafiəçisi Samuel Yumtiti "Renn" klubunda tibbi müayinədən keçə bilməməsi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.

Fanat.Az xəbər verir ki, fransalı futbolçu sosial şəbəkə hesablarında belə yazıb:

"Yalan liftlə qalxır, həqiqət isə pilləkənlə... Düzdür, pilləkənlə qalxmaq çox vaxt aparır. Amma əsas odur ki, yekunda həqiqət də mənzil başına çatır".

Daha öncə Yumtitinin zədəli olduğu və bu üzdən "Renn" üçün tibbi müayinədən keçə bilmədiyi barədə məlumatlar yayılmışdı.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər