Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) XXI əsrin ən yaxşı qapıçısı elan edilib.
Fanat.Az xəbər verir ki, siyahıya İtaliya "Yuventus"unun qapıçısı Canluici Buffon başçılıq edir.
Müasir dövrün ən yaxşı qapıçılarının reytinqini 2001-ci ildən 2020-ci ilə qədər dövrün illik reytinqlərinin uyğunlaşdırılması prinsipi üzrə təşkil edilib. Siyahıya "Top-20”yə düşmüş qapıçılar daxil olublar. Belə ki, illik reytinqdə birinci yer tutan qapıçıya 20 bal, ikinci yerə 19 bal, sonrakılara da eyni prinsip üzrə ballar verilib.
Canluici Buffon ("Yuventus", İtaliya) – 330 bal.
İker Kasilyas (keçmiş "Real", İspaniya) – 244.
Petr Çex (keçmiş "Çelsi", Çexiya) – 218.
Manuel Noyer ("Bavariya", Almaniya) – 183.
Tibo Kurtua ("Real", Belçika) – 130.
Viktor Valdes (keçmiş "Barselona", İspaniya) – 113.
Uqo Loris ("Tottenhem", Fransa) – 106.
Edvin van der Sar ( keçmiş "Mançester Yunayted", Niderland) – 105.
Oliver Kan (keçmiş "Bavariya", Almaniya) – 99.
Keylor Navas ("PSJ", Kosta-Rika) – 93.
Dida ("Milan" eks--i, Braziliya) – 90.
Yan Oblak ("Atletiko", Sloveniya) – 85.
Mark-Andre ter Şteqen ("Barselona", Almaniya) – 78.
David De Xea ("Mançester Yunayted", İspaniya) – 75.
Yens Lemann (keçmiş "Arsenal"i, Almaniya) – 72 və digərləri.
Xatırladaq, daha əvvəl IFFHS həmçinin XXI əsrin ən yaxşı arbitrlərinin siyahısını dərc edib. Birinci yer alman Feliks Brix tutub.
Canluici Buffon karyerasında fevralın əvvəllərində 1 100-cü matçına çıxıb. Bu, "İnter"lə ölkə kubokunun ilk yarımfinal oyununa təsadüf edib. 43 yaşlı qolkiper matça start heyətdə başlayıb.
Fanat.Az