Ximenes azarkeşlərlə davanın səbəbini açıqladı

Ximenes azarkeşlərlə davanın səbəbini açıqladı

Uruqvay millisinin müdafiəçisi Xose Ximenes ABŞ-də təşkil edilən Amerika Kubokunun yarımfinal matçından - Kolumbiya yığmasına 0:1 hesabı ilə uduzduqları görüşdən sonra rəqib komandanın azarkeşləri ilə əlbəyaxa olmalarından danışıb.

Fanat.Az xəbər verir ki, "El Observador" onun sözlərini belə çatdırıb:

"Bu, qəzadır. Bizim ailələrimiz təhlükədə idilər. Tribunaya çıxaraq yaxınlarımızı və yeni doğulmuş övladlarımızı götürmək məcburiyyətində qaldıq. Orada bir polis belə, yox idi. Onlar hamısı getmişdilər. Ailələrimizi qorumaq məcburiyyətində qaldıq".

Xatırladaq ki, hadisə oyun bitəndən dərhal sonra qeydə alınıb. Tribunaya ilk olaraq çıxan futbolçunu - "Liverpul"un hücumçusu Darvin Nunyesi on fanat qarşılayıb və insident böyüyüb.

Nihat

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər