"Xəzər" Antalyaya gedir: 5 yoxlama oyunu keçirəcək

"Xəzər" Antalyaya gedir: 5 yoxlama oyunu keçirəcək
I divizionda çıxış edən "Xəzər"in 2017/18 mövsümünün ikinci yarısına hazırlıq planı açıqlanıb.
Fanat.Az xəbər verir ki, debütant hazırlığa yanvarın 4-də start verəcək. Təlim-məşq toplanışının ilk mərhələsi Bakıda keçiriləcək. Futbolçular əvvəlcə tibbi müayinədən keçiriləcəklər. 
Yanvarın 16-dan fevralın 3-dək hazırlığın əsas mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Hazırlıq çərçivəsində 5 yoldaşlıq görüşü də planlaşdırılıb. Rəqiblər hələ bəlli deyil.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər