Xavinin qoyduğu yeni qaydalar açıqlandı

Xavinin qoyduğu yeni qaydalar açıqlandı

"Barselona"nın baş məşqçisi Xavi futbolçular üçün yeni qaydalar qoyub.

Fanat.Az xəbər verir ki, 41 yaşlı çalışdırıcı oyunçuların səhər məşqlərinə saatyarım öncə gəlmələrini tələb edib.

Əsas komandanın üzvləri klubun dietoloqlarının nəzarəti altında səhər yeməyini birlikdə yeməlidirlər. Bundan başqa,  "Barselona"nın üzvləri oyunlara 48 saat qalmış evdə olmalı, eləcə də, sörfinq, alpinizm və buna bənzər digər riskli xobbilərdən əl çəkməlidirlər.

Məşqçilər heyəti işə başlamağa məşqlərdən 2 saat öncə hazır olmalıdırlar.

Qeyd edək ki, Xavi Kataloniya klubu ilə sonradan 2 illiyə uzadılmaq şərti ilə, müddəti mövsümün sonunadək olan müqavilə imzalayıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər