"Barselona"nın baş məşqçisi Xavinin gələcək planlarına daxil olmayan hücumçu Martin Breytueyt iş yerini dəyişmək istəmir.
Fanat.Az "Football Espana"ya istinadən xəbər verir ki, forvarda klub rəhbərliyi tərəfindən bu yay satışa çıxarılacağı çatdırılsa da, o, Kataloniya təmsilçisində mümkün qədər çox qalmaqda maraqlıdır.
Xavi baş məşqçi postunu tutandan sonra Breytueyt cəmi 22 dəqiqə meydanda olub. 10 dəqiqə La Liqada forma şansı qazanan 31 yaşlı forvard İspaniya Kubokunda 12 dəqiqə mübarizə aparıb.
Xatırladaq ki, Martin Breytueyt 2020-ci ilin fevralından "Barselona"dadır. O vaxtdan bəri 57 qarşılaşmada meydana çıxan danimarkalı hücumçu 10 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat