Xavidən sərt qərar: Heç kim toxunulmaz olmayacaq

Xavidən sərt qərar: Heç kim toxunulmaz olmayacaq

Bu yay "Barselona" köklü dəyişiklik etməyi planlaşdırır. Komandada heç kəs toxunulmaz olmayacaq

Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın “Diario Sport” nəşri məlumat yayıb. 

Mövsümün sonuna kimi klub rəhbərliyi və məşqçilər korpusu hər bir futbolçunun çıxışını xüsusi olaraq izləyəcək. Oyun səviyyəsi tələblərdən aşağı olan oyunçulara "Barselona" yayda vidalaşacaq. Bu şəxsən Xavinin göstərişidir və klub rəhbərliyi bu qərarı dəstəkləyib.

Futbolçulara klubun mövsümün sonunda görüləcək tədbirlərlə bağlı xəbərdarlıq edilib. Əgər komandada qalmaq istəyirlərsə, onların oyuna münasibəti Çempionlar Liqasında "Bayern Münhen"lə (0:3) matçda olduğundan ciddi şəkildə fərqli olmalıdır.

"Blauqrana"nın hazırkı heyətində heç bir futbolçu toxunulmaz deyil. Məsuliyyətsizlik müşahidə olunarsa, dərhal futbolçu klubu tərk edəcək. Xavi yalnız kluba sadiq olanların "Barselona"da qalmasını istəyir.

Xatırladaq ki, hazırda Kataloniya təmsilçisi La Liqada 23 xalla 7-ci pillədə qərarlaşıb.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər