Xavi yetirməsini yerə-göyə sığdırmadı: "Sahib olduğu şey onlarda yoxdur"

Xavi yetirməsini yerə-göyə sığdırmadı: "Sahib olduğu şey onlarda yoxdur"

"Barselona"nın istedadlı yeniyetməsi Pedri La Liqanın 26-cı turunda "Atletik Bilbao"yla (4:0) oyunda özünü yaxşı tərəfdən göstərib. 

Fanat.Az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçinin çıxışı "Barselona"nın baş məşqçisi Xavinin ürəyincə olub.

İspaniyalı mütəxəssis tapıntısını tərifləməkdən doymayıb: "Onun oyunu başa düşməsi və oxuması, xətlərarası əlaqəni qurması və rəqib müdafiəçilərin arxasına girməsi mənə Andres İnyestanı xatırladır. Gözəl oyunçudur. İstedadına gəlincə, dünyada onun kimi oyunçu görmədim. Mən bunu onu tərifləmək üçün demirəm, çünki o, təriflənməyi sevməyən tipdir. Məsələn, Modriç və ya De Brüyne əla yarımmüdafiəçilərdi, amma Pedrinin sahib olduğu şey onlarda yoxdu. Saf, fitri istedad baxımından Pedri həqiqətən də dünyanın ən yaxşısıdır".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər