Xavi uğurlu seriyanı şərh etdi: "Bunsuz mümkün olmazdı"

Xavi uğurlu seriyanı şərh etdi: "Bunsuz mümkün olmazdı"

Son 6 oyundur məğlub olmayan "Barselona" klubunun baş məşqçisi Xavi komandasının uğurlu oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, "Sport ES" 42 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb: “Transferlər olmasaydı, daha çətin olardı, bu dəqiqdir.

Obameyanqın qol vurmaq bacarığı məni təəccübləndirmədi. Amma çalışqanlığı, təvazökarlığı və qələbə istəyi mənim üçün böyük sürpriz oldu.

Adama Traore verdiyi qərarlarla məni heyran edir, o, daha yetkin bir oyunçu olub.

Ferran Torres isə mənə fərqli, heyrətamiz səviyyəli oyunçu kimi görünür. Onun topu itirməmək bacarığı dünya səviyyəsindədir. Əla transferdir, o, əla oyunçudur”.

Xatırladaq ki, hazırda "Barselona" İspaniya La Liqasında 42 xala malikdir və turnir cədvəlinin 5-ci pilləsində qərlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər