"Xavi məndən artıq "Barsa"lıdır"

"Xavi məndən artıq "Barsa"lıdır"

"Barselona"nın prezidenti Juan Laporta baş məşqçi Xaviylə yeni müqaviləyə münasibət bildirib.

Fanat.Az xəbər verir ki, AS nəşri klub rəhbərinin dediklərini belə çatdırıb:   “Heç bir problem olmayacaq. O, bu klubun bir parçasıdır və hazırki şəraiti mükəmməl başa düşür.

Biz indi qənaət rejimindəyik və mən sakitəm, çünki bunu ilk qəbul edən Xavidir. O, "Barselona"nın baş məşqçisi olmaq istədiyini açıq şəkildə bildirib. Klubumuzu bəlkə də məndən çox sevir. Onun işinin Qvardiola dövrünün ilk mərhələsi ilə çox oxşar cəhətləri var".

Xatırladaq ki, Xavi "Barselona"nın baş məşqçisi kimi bu mövsüm İspaniya Superkubokunu və La Liqanı qazanıb. Kataloniyalılar 2019-cu ildən İspaniya çempionu ola bilmirdi.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər