Xavi de Yonqun qalacağına əmin deyil - Açıqlama

Xavi de Yonqun qalacağına əmin deyil - Açıqlama

"Barselona"nın baş məşqçisi Xavi komandanın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqun mümkün gedişindən danışıb.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Football Espana"ya açıqlamasında mövcud durumu belə şərh edib:

"De Yonqla bağlı vəziyyətin necə olacağını deyə bilmərəm. Avqustun 31-nə qədər çox şey dəyişə bilər... O, bilir ki, taleyi hamımız üçün maraqlıdır və bu məsələdə klubun mövqeyi necədir. Mən Frenkini əla futbolçu sayıram".

Qeyd edək ki, de Yonqun "Barselona" ilə olan müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər