"Barselona"nın baş məşqçisi Xavi klubdaxili vəziyyətdən razı deyil.
Fanat.Az "El Chiringuito TV"-yə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis daxildə yaşananların dərhal mətbuata çıxmasını böyük problem sayır.
Xəbərə görə, Xavi mediaya məlumat ötürən şəxsi tapmaq üçün klubun əməkdaşlarının sosial şəbəkələrdəki profillərini yoxlatdırıb. Yazılanlara inansaq, mütəxəssis şəxsən jurnalistlərə zəng vuraraq "Barselona" ilə bağlı xəbərləri onlara kimin verdiyini də soruşub, ancaq casusun şəxsiyyətiniu müəyyənləşdirmək mümkün olmayıb.