"Fiorentina"da özünü yaxşı tərəfdən göstərə bilməyən Aleksandr Kokorin xanımından da zərbə alıb.
Fanat.Az xəbər verir ki, həyat yoldaşı Darya Valitova "Instagram" hesabında Kokorinin ona qarşı satqınlıq etdiyini vurğulayaraq ərini təqibçiləri sərasından silib.
"İndi mənim üçün çox çətin dönəmdir. Publika içində belə şeylərdən danışmağa öyrəşməmişəm. Amma həyatda elə şeylər var ki, onları özündə saxlaya bilmirsən... Yaxın adamın satqınlığı yəqin ki, hər birimiz üçün ən ağır hadisədir. Bu kiçik ölümə bənzəyir. İnsanın daxilində nələrsə dayanır, hansısa mexanizmlər daha işləmir və adam ruhundakı soyuqdan titrəməyə başlayır. Heç nə ilə müqayisə olunmayan soyuqdan... Ağır və ağrılı bir dərsdir. Vaxt gələcək, bu haqda ətraflı danışacam. Bu gün içimdə boşluq və ağrı var"