Vüsal İsgəndərli qol vurdu, komandası qalib gəldi

Vüsal İsgəndərli qol vurdu, komandası qalib gəldi

Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin klubu "Keçiörengücü" Türkiyə I Liqasında III turun oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, komanda öz meydanında "Adanaspor"u qəbul edib. 

Bakı vaxtı ilə 20:15-də başlayan görüşdə İsgəndərli əsas heyətdə yer alıb və 85-ci dəqiqədə əvəzlənib. 

Hesab 2:0 "Keçiörengücü"nün xeyrinə başa çatıb ki, komandanın ikinci qoluna görüşün 52-ci dəqiqəsində Vüsal İsgəndərli imza atıb. 

Qeyd edək ki, 3 turdan sonra "Keçiörengücü"nün hesabında 4 xal var. 

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər