Vüqar Məmməddən maraqlı yenilgi şərhi

Vüqar Məmməddən maraqlı yenilgi şərhi

"Rəqib 90 dəqiqə müdafiə futbolu oynadı. Bu cür futbol oynayan komandaya qol vurmaq çox çətindir". Fanat.Az xəbər verir ki, bu sözləri U-17 millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsindəQazaxıstana uduzduqları oyundan sonra deyib.

O, 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "İki kobud səhv etdik. Nəticədə rəqib də bundan məharətlə istifadə edib qalib gəlməyi bacardı. Taktiki baxımdan üstün olduğumuzu qeyd edə bilərəm. Sadəcə, əvvəlki oyunlarda olduğu kimi, yaratdığımız qol imkanlarını dəyərləndirə bilməmək problemimiz davam edir. Futbolçularımız öz üzərilərində çox çalışmalıdırlar”.

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər