Vüqar Məmməd: "Yer aldığımız qrupdan xəbərim var..."

Vüqar Məmməd: "Yer aldığımız qrupdan xəbərim var..."
Azərbaycanın U-19 yığmasına baş məşqçi təyin olunan Vüqar Məmməd bununla bağlı fikirlərini bölüşüb. Fanat.Az xəbər verir ki, AFFA-nın rəsmi saytına açıqlama verən mütəxəssis bunları söyləyib:
"Məşqçi heyətimlə birlikdə mənə göstərilən etimadı doğrultmağa çalışacam. Avropa çempionatının seçmə mərhələsində yer aldığımız qrupdan xəbərim var. Müsbət nəticə qazanmaq üçün ciddi səy göstərəcəyik. Həmçinin bu yaş qrupunda olan futbolçuları tanıyıram. U-17 yığmamıza ötən seçmə mərhələdə rəhbərlik etmişdim. Qısa zamanda çətin qrupda heç də pis olmayan nəticələr əldə etmişdik. Digər yığma komandalarımıza təyin edilmiş bütün məşqçi həmkarlarımı təbrik edir, onlara uğurlar arzulayıram”.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər